AMEA Riyaziyyat və Mexanika İnstitutunun yaranmasından 55 il ötür May 15, 2014 | 12:18 / Yubileylər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun yaranmasının 55 illik yubileyi münasibətilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin rəhbərliyi ilə bir qrup institut əməkdaşı bu elmi müəssisədə oldular. 

R.Əliquliyev əlamətdar gün münasibətilə institutun direktoru, professor Misir Mərdanovu təbrik etdi, institutun gələcək fəaliyyətində onlara yeni uğurlar arzuladı. M.Mərdanova gül dəstəsi və təbrik ünvanı təqdim olundu. 

R.Əliquliyev Riyaziyyat və Mexanika İnstitutunun Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açdı. Bildirdi ki, 55 illik fəaliyyəti ərzində institut şərəfli bir yol keçmiş, ölkəmizdə riyaziyyat və mexanikanın inkişafı yolunda mühüm elmi nəticələrin əldə olunmasında böyük rol oynamışdır. İnstitut öz fəaliyyəti dövründə ölkəmizdə riyaziyyat və mexanika elmi sahələrinin mərkəzinə çevrilmişdir. 

Professor M.Mərdanov təbrik üçün kollektivə minnətdarlığını bildirdi, İnformasiya Texnologiyaları İnstitutu tərəfindən göstərilən diqqət və qayğını yüksək dəyərləndirdi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı