“Apple” şirkəti yeni məhsullarını təqdim edəcək Avqust 30, 2017 | 11:00 / Maraqlı məlumatlar

“Apple” şirkəti yeni qurğularının ənənəvi payız təqdimatını 12 sentyabr tarixinə təyin edib.

hitech.newsru.ru saytının məlumatına görə, təqdimat Stiv Cobs adına teatrda keçiriləcək. Teatr “Apple” şirkətinin hələ tamamlanmamış kampusunda yerləşir.

Şirkət tədbir zamanı “iPhone 8”, “iPhone 7s” və “7s Plus” smartfonlarını, “Apple Watch 3” ağıllı saatını və yeni “Apple TV” televizor əlavəsini təqdim edəcək. Bununla yanaşı, iyunda anons edilmiş “iOS 11”, “macOS High Sierra”, “watchOS 4” və “tvOS 11” platformalarının rəsmi elan olunması güman olunur.

Smartfonun 5,8 düymlük çərçivəsiz “AMOLED” displey, sahibinin sifətini tanıyan 2 ədəd ön kamera və simsiz enerjidoldurma texnologiyası ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, “iPhone 8”in  “Home” düyməsindən imtina olunacağı ehtimal olunur. Onun funksionalı smartfonun ekranının aşağı hissəsində əlçatan olacaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı