“Disney”də hazırlanmış süni intellekt mətnlərin keyfiyyətini qiymətləndirməyi öyrənib Avqust 28, 2017 | 12:00 / Maraqlı məlumatlar

Böyük həcmli mətnləri oxumaq kifayət qədər əyləncəli, lakin yorucu məşğuliyyətdir. “Disney” istehsalçıları bu işi süni intellektə həvalə etmək üçün mətnləri təhlil etmək və qiymətləndirmək imkanına malik alqoritm yaradıblar.

hi-news.ru saytının məlumatına görə, “Disney Research” komandası Bostonun (ABŞ) Massaçusets Universitetinin mütəxəssisləri ilə birgə təklif edilən mətni oxuyaraq onun nə qədər yaxşı olduğunu aydınlaşdıra bilən üç neyron şəbəkəsi yaradıblar. Neyron şəbəkələrdən biri tarixlərin ayrı-ayrı hissələrinin analizi ilə məşğul olur, ikincisi bütün bu hissələrin bir-biri ilə bağlılığını qiymətləndirir, üçüncüsü isə, tam mətnə baxır və ona şəxsi qiymətləndirməsini verir.

Yeni tətbiq yüksək nəticələr göstərərək işin öhdəsindən primitiv analoqları ilə müqayisədə, 18 faiz daha yaxşı gəlib. İstehsalçıların sözlərinə görə, alqoritm tədricən oxuduğu əsərlərin mənasını anlamağı və onların keyfiyyətini qiymətləndirməyi öyrənir. Güman olunur ki, tezliklə alqoritm özü nağıl kitabçaları yazacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı