“Facebook” yeni əlavə reallıq eynəyi hazırlayır Avqust 25, 2017 | 04:00 / Maraqlı məlumatlar

“Facebook” şirkəti virtual obyektləri real dünyaya daşıya biləcək əlavə reallıq üçün yeni patentləşdirilmiş eynək hazırlayır. O, inteqrasiya edilmiş ikiölçülü skannerli ekranla təchiz edilib. “Oculus Rift” qarniturlarından fərqli olaraq, yeni tətbiq istifadəçiyə virtual obyektləri görməyə və real dünyada onlarla qarşılıqlı əlaqədə olmağa imkan verir.

popmech.ru saytının məlumatına görə, qurğunun konstruksiyası haqqında hələ ki, az məlumat təqdim olunsa da, bu daşınan qadjetin adi eynəyi xatırladacağı məlumdur.

Bununla yanaşı, “ağıllı” eynək ekran vasitəsi ilə istifadəçinin gözlərinə insanın gördüyü hər şeyə təsvir və video əlavə edə bilən işıq proyeksiya etmək imkanına malik olacaq. Onlar daha yüksək nəticə əldə etmək üçün qulaqlıqlar və ya oyun konsolları ilə birlikdə istifadə oluna bilər.

Qeyd edək ki, cari ildə “Facebook” “Oculus Rift”in istifadə olunduğu “Spaces” virtual sosial şəbəkəsini istifadəyə verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı