İstifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlanıb Avqust 23, 2017 | 10:00 / Maraqlı məlumatlar

Amerikalı alimlər qida məhsulları və kosmetik vasitələrin yararlılıq müddətini müəyyən edən etiketlər hazırlayıblar.

mir24.tv saytının məlumatına görə, etiketlər xüsusi maddə ilə işlənmiş kağızdan hazırlanıb. Bu maddə potensial təhlükəli kimyəvi birləşmələrlə qarşılıqlı təsir zamanı rəngini dəyişir. İxtiraçı Silvana Andresku bildirib ki, bu etiketləri müxtəlif məqsədlər, eləcə də qidada olan təhlükəli bakteriyaların aşkarlanması üçün istifadə etmək olar.

Etiketlərin sınaqdan keçirilməsi zamanı alimlər onların köməyilə kif göbələklərinin istehsal etdiyi və taxıl, qəhvədə tez-tez rast gəlinən zəhərli okratoksin A maddəsinin mövcudluğunu aşkar ediblər. Alimlər ümid edirlər ki, etiketlər bağırsaq çöpü, salmonella və digər təhlükəli mikroorqanizmləri aşkar edə biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı