İlon Mask döyüş robotlarını qadağan etməyə səsləyib Avqust 22, 2017 | 11:00 / Maraqlı məlumatlar

Hələ hərbi robotlar istehsal olunmağa başlamasa da, artıq bir çox şirkətlərin nümayəndələri robot-qatilləri qadağan etmək çağırışları ilə açıq məktub yazıblar. Müraciətin altında “DeepMind” laboratoriyası və bir çox digər layihələrin müəllifi İlon Mask imzasını atıb. Müraciət yüz imza topladıqdan sonra BMT-yə göndərilib.

hi-news.ru saytının məlumatına görə, süni intellektlə təchiz edilmiş özü hərəkət edən tanklar, avtonom turellər və silahların digər növləri gələcəkdə ciddi təhlükə törədə bilərlər. Buna görə də məktubun müəllifləri Yer kürəsində bəşəriyyət üçün təhlükə yaradan yeni öldürücü qurğuların meydana çıxması ilə növbəti hərbi inqilabın və qızğın silahlanmanın başlamasından ehtiyat edirlər.

Məktubun mahiyyəti ondan ibarətdir ki,  müəyyən silah növlərindən məhdud istifadə və qadağa haqqında Konvensiyanı ona döyüş robotları və digər avtonom silahları daxil etməklə təkmilləşdirmək lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı