ABŞ ordusu üçün ilk arktik “nanoəlcək” hazırlanıb Avqust 21, 2017 | 11:00 / Texnoloji yeniliklər

ABŞ fizikləri adi AA-batareyaların enerjisindən istifadə edərək ən sərt arktik temperaturda belə normal temperatura qədər qızmaq imkanına malik nanomaterial yaradıblar. Alimlər ABŞ ordusunun sifarişinə əsasən hazırlanmış bu materialı Vaşinqtonda ABŞ Kimya Cəmiyyətinin illik görüşündə təqdim ediblər.

popmech.ru saytının məlumatına görə, alimlərin hazırladığı pambıq parça nisbətən zəif AA-batareyaları və ya qol saatının qidalanma elementindən istifadə edərək özünü 37 dərəcə Selsiyə qədər cəmi bir dəqiqə ərzində qızdıra bilir. Bu parçadan hazırlanmış əlcəklər yun, dəri və ya sintetik analoqlarına nisbətən çox yüngül və daha incə olacaq ki, bu da əsgərlərə yükləri daha yaxşı daşımağa və döyüşdə özünü daha yaxşı göstərməyə imkan verəcək.

Alimlərin sözlərinə görə, əlcəkdə istifadə olunmuş nanosaplar bir neçə yuyulma və digər ağır mexaniki yüklənmələrə dözümlüdürlər.

Hazırda bu kimi “nanoparçaların” pambıq parçaya nisbətən yüklənməyə daha çox dözümlü olan sintetik analoqlarının hazırlanması üzərində araşdırmalar aparılır.

Gələcəkdə istənilən iqlim şəraitinə uyğun bu kimi parçalardan digər geyimlərin hazırlanması da nəzərdə tutulur. Güman olunur ki, belə parça ABŞ ordusu ilə yanaşı, ekstremal istirahət həvəskarları üçün isti geyim istehsalçıları tərəfindən hazırlana bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı