Smartfonun köməyilə idarə olunan pilotsuz təyyarə May 13, 2014 | 12:00 / Texnoloji yeniliklər

Fransanın “Parrot” şirkətinin nümayiş etdirdiyi “Bebop” pilotsuz təyyarəsini smartfon və ya planşetin köməyi ilə idarə etmək mümkündür. Dron “balıq gözü” tipli 14 meqapiksellik kamera ilə təchiz edilib ki, bu da 180 dərəcə baxış bucağına imkan yaratmaqla yanaşı, 1080p formatında çəkiliş aparmağa icazə verir. “Bebop”, həmçinin yeni sabitləşmə sistemi ilə təchiz edilib. Bundan başqa, əvvəlki nəsillərdən fərqli olaraq, yeni model simsiz siqnalın yüksək etibarlığı ilə seçilir. 

Daxili GPS modulu pilotsuz təyyarəni bu və ya digər istiqamətdə uçuş üçün proqramlaşdırmağa icazə verir. Çəkilmiş material 8 QB-lıq fləş-daşıyıcıda saxlanılır. 

hitech.vesti.ru saytının məlumatına görə, “Bebop” mobil qurğunun köməyi ilə idarə olunur: bunun üçün “iPhone” və ya “Android” smartfonuna “Freeflight 3.0” tətbiqini quraşdırmaq lazımdır. Müəyyən məbləğ ödəyərək “HDMI” porta malik “Skycontroller” kontrollerini satın almaqla təsviri xarici monitor və ya televizora çıxartmaq olar. “Wi-Fi” siqnalını gücləndirən pultun 4 əlavə antenası dronun uçuş uzaqlığını 2 kilometrədək artırmağa imkan verir. 

“Parrot” kvadrokopterinin əsas çatışmazlığı akkumulyatorunun az tutumlu (1200 milliamper/saat) olmasıdır. “Bebop” enerji ilə tam doldurulmuş akkumulyatorla havada 12 dəqiqə qalır. Yeni pilotsuz təyyarənin qiyməti hələlik açıqlanmır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı