Arıqlamaq üçün qulaqlıqlar təqdim olunub Avqust 09, 2017 | 03:33 / Texnoloji yeniliklər

“Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında yeni qurğunun istehsalı üçün vəsait toplanılmasına başlanıb. “Modius” adlı qulaqlıqlar beyinə iştahanı boğan siqnalları yollayır, həmçinin piyi yandırmağa imkan verən metabolik hormonları aktivləşdirir.

İstehsalçıların sözlərinə görə, siqnallar hipotalamusu aktivləşdirərək vestibulyar sinirə ötürülür. Bu, beyini bədənin aktiv olduğunu düşünməyə məcbur edərək onu “aldatmağa” imkan verir, hərçənd ki, bu zaman bədən dinclik vəziyyətində olur.

Yeni qurğunun bədəndəki piyləri 16 faiz azaldacağı gözlənilir. Bu, pəhriz və məşqlərdən imtina etməyə imkan verəcək. Qurğudan 4 ay ərzində hər gün 45 dəqiqə istifadə etmək lazımdır. Cihaz aktivləşdirildikdən 1 saat sonra iştahanın azaldığını hiss etmək olar.

belta.by saytının məlumatında bildirilir ki, qurğu Kaliforniya Universitetində fəaliyyət göstərən britaniyalı nevroloqların “Neurovalens” şirkəti tərəfindən 4 ay ərzində sınaqdan keçirilib. Onlar təsdiq ediblər ki, piy toxumasının həcminin azalması orta hesabla 8 faiz təşkil edir. Məhsul artıq tənbəl müştərilər və investorlardan təxminən 1,5 milyon funt toplayıb. Qulaqlıqların ilk seriyasının cari ilin payızında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti təxminən 300 dollar təşkil edəcək.

Qeyd edək ki, bir çox alimlər istehsalçıların divanda uzanaraq “beyini aldatmaq” ideyasını dəstəkləmirlər. Hələ ki, oxşar qurğular, kostyumlar və şlemlər gözlənilən nəticələri verməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı