"iPhone 6" avqustda satışa çıxarılacaq May 12, 2014 | 12:23 / Texnoloji yeniliklər

Tayvan KİV-inin məlumatına görə, "Apple" şirkəti iPhone-un yeni modelini gözlənilən vaxtdan 1 ay əvvəl - bu il sentyabrda yox avqustda təqdim etməyi planlaşdırır. 

Avqust ayında 4,7 düym ekrana malik model təqdim olunacaq. 5,5 yaxud 5,6 düymlük ekrana malik daha böyük iPhone 6 modeli isə sentyabrda satışa çıxarılacaq. lenta.ru saytının məlumatına görə, 2014-cü ildə şirkət yeni telefonların 80 milyon nüsxəsini buraxmağı planlaşdırır. 

"Nikkei" yapon nəşrinin məlumatına əsasən, iPhone 6 üçün ekranlar Sharp, Japan Display və LG Display şirkətlərindən sifariş olunub. Böyük ölçülü ekran "Apple" şirkətinə "Samsung" ilə mübarizədə öz mövqeyini möhkəmləndirməyə kömək edəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı