Dünyanın ən zəngin adamı kimdir? İyul 31, 2017 | 11:42 / Maraqlı məlumatlar

Bill Qeyts daha dünyada ən zəngin adam deyil.

“Microsoft”un banisi Bill Qeyts son beş il ərzində dünyanın ən varlı adamı hesab olunurdu. Lakin bu gün o, öz titulunu “Amazon” korporasiyasının təsisçisi Ceff Bezosa həvalə edib. Bu, şirkətin səhmlərinin artımı sayəsində baş verib.

tech.onliner.by saytının verdiyi məlumata görə, Amazon səhmlərinin bahalaşması nəticəsində Ceff Bezos 90,9 milyard dollarlıq var-dövlətə sahib olub.  Hazırda Bill Qeyts ondan 200 milyon dollar “kasıb”dır.

Amazon-un kapitallaşması ilk dəfə iyulun 26-da 500 milyard dolları ötüb. Beləliklə, korporasiya “Apple”, “Alphabet” və “Microsoft” şirkətlərinin də daxil olduğu “VIP-klub”a daxil olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı