Kompüterlər “bədən dili”ni oxumağı öyrəniblər İyul 24, 2017 | 03:50 / Texnoloji yeniliklər

ABŞ-ın Karnegi Mellon universitetindən olan tədqiqatçılar qrupunun hazırladığı yeni proqram “bədən dili”ni oxumağa imkan verir. Proqramın alqoritmləri real vaxt rejimində üz ifadəsi, baş və bədənin mövqeyi, əl  ayaq barmaqlarını təhlil edir. Bu proqram daxili səthində 500 videokameranın  quraşdırıldığı, iki mərtəbəli günbəzlərdən ibarət “Panoptic Studio” adlı binanın avadanlıqlarının köməyilə hazırlanıb.

dailytechinfo.org saytının məlumatına görə,“Panoptic Studio”nun 500 kamerası hətta bir kadr çəkərkən böyük miqdarda informasiya istehsal edir. Belə bir vizual informasiya massivinin analizi üçün əhəmiyyətli hesablama resursları tələb olunur. Bu səbəbdən tədqiqatçılar 31 yüksək keyfiyyətli videokameranın məlumat axınlarının analizi ilə kifayətlənməli olublar.

Tədqiqatçılar sistemin işləməsi üçün bir noutbuk və kamera kifayət etsin deyə sistemin proqram kodunu emal etmək niyyətindədirlər. Bu halda, sistem yalnız bir insanın bədən dilini yox, bir-biri ilə əlaqədə olan bir qrup insanın bədən dilini deşifrə edə biləcək.

Bəzən çoxsaylı insanların video çəkilişi zamanı bu və ya digər bədən hissəsinin kimə aid olduğunu müəyyən etmək mümkün olmur. Tədqiqatçılar belə bir problemi aradan qaldırmaq üçün əks analiz metodunu tətbiq ediblər. Beləliklə, sistem təsvirdə bədənin ayrı-ayrı hissələrini müəyyən insana “bağlayır”.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı