iPhone 8-in təqdimatı təxirə salınıb İyul 21, 2017 | 02:12 / Maraqlı məlumatlar

“Apple” şirkəti istifadəçilərin səbirsizliklə gözlədiyi yeni iPhone 8 smartfon modelinin təqdimatını oktyabradək təxirə salıb.

vistanews.ru resursunun məlumatında bildirilir ki, bunun səbəbi kimi qurğunun hazırlanmasında proqram təminatının simsiz enerjidoldurmaya uyğun gəlməməsi ilə əlaqədar yaranan nasazlıqlardır. Şirkətin bir aylıq təxirə salma müddətinin modernləşdirmə və nasazlıqların aradan qaldırılması işlərinə sərf edəcəyi ehtimal olunur.

Bildirilir ki, bundan əvvəl yeni qurğunun avqustda ənənəvi təqdimatda nümayiş olunacağı planlaşdırılsa da, iPhone 8 əvəzinə, iPhone SE modelinin nümayişi gözlənilir.

Ekspertlərin iPhone 8 smartfonunun ümumiyyətlə buraxılmayacağını proqnozlaşdırmalarına baxmayaraq iPhone SE modelinin dünyada, xüsusilə Hindistan bazarında populyarlıq qazanacağı güman olunur.

iPhone SE smartfonunda edilən dəyişikliklər arasında yaddaş tutumunun artırılması, eləcə də qiymətinin ucuzlaşdırılması qeyd olunur. Qurğunun əvvəlki qiyməti 489 avro nəzərdə tutulsa da, hazırda 399 avroya endirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı