Səsgücləndirici ilə təchiz olunmuş beysbol papağı İyul 21, 2017 | 11:50 / Texnoloji yeniliklər

Daha çox oyun konsolları istehsalçısı kimi məşhur olan “Atari” ilk dəfə “geyilə bilən elektronika” bazarına çıxıb. Şirkət “Speakerhat” adlı yüksək keyfiyyətli dinamiklərə malik beysbol papağını təqdim edib. Yenilik Atari Connected Life xətti çərçivəsində hazırlanmış ilk məhsuldur.

hitech.vesti.ru saytının məlumatına görə, beysbol papağı mikrofonla təchiz edilmişdir ki, bu da Bluetooth vasitəsilə digər qurğulara qoşulmağa və səs komandaları ilə onları idarə etməyə imkan verir.  Beləliklə, qurğu Bluetooth-qulaqlıqlardan o qədər də fərqlənmir.

“Atari” nümayəndələri bildiriblər ki, yenilik ilk növbədə fitnes həvəskarları üçün nəzərdə tutulub. Şirkət söz verib ki, Speakerhat “sosial səsin yeni təcrübəsini” təqdim edir, Multiplayer Mode rejimi isə bir neçə istifadəçiyə eyni zamanda eyni səs axınını dinləməyə imkan verir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı