Səs yazısını videoya çevirən texnologiya hazırlanıb İyul 19, 2017 | 05:31 / Texnoloji yeniliklər

ABŞ-ın Vaşinqton Universitetinin “Graphics and Image Laboratory” laboratoriyasının tədqiqatçıları səs yazısını real videoya çevirmək bacarığına malik olan bir sıra proqram alqoritmləri hazırlayıblar. Videoda insan tələffüz olunan söz və ifadələrə uyğun olaraq dodaqlarını sinxron hərəkət etdirir.

Sistemin əsasında nümunə olaraq əvvəlcədən hər hansı mövzu haqqında danışan insanların video yazılarını öyrənmiş neyron şəbəkə dayanır.

Səs yazısını videoya çevirən sistem haqqında ətraflı məlumat kompüter qrafikası üzrə keçiriləcək SIGGRAPH-2017 konfransında təqdim olunacaq. Nümunə olaraq tədqiqatçılar olduqca real videoçarxlar hazırlayıblar. Materialda ABŞ-ın eks-prezidenti Barak Obama terrorizm və yeni iş yerlərinin yaradılması mövzusunda fikirlərini bölüşür. Video mövcud olan səs yazmaların üzərində qurulub. Neyron şəbəkənin öyrədilməsi üçün Barak Obamanın ictimai çıxışlarının səs yazılarından istifadə olunub.

dailytechinfo.org saytının verdiyi məlumata görə, hazırda neyron şəbəkə yalnız müəyyən insanın nitqini təqlid edə bilir. Süni intellekt texnologiyalarından istifadə ənənəvi konversiya texnologiyalarının istifadəsi zamanı yaranan problemləri həll etməyə imkan verir. Ənənəvi texnologiyalarda ayrı-ayrı tələffüz edilən səslərin forma ilə, dodaqların vəziyyəti və insan üzünün digər hissələrinin korrelyasiyasını müəyyən etmək üçün eyni sözü təkrar edən müxtəlif insanların studiya yazıları istifadə olunur.

Danışığın real videoya çevrilmə texnologiyası konfrans-əlaqənin müxtəlif sistemlərində işlərin təkmilləşdirilməsi üçün istifadə edilə bilər. Yeni texnologiya insanlara kompüter oyunlarının virtual qəhrəmanları ilə real zamanda əlaqə yaratmaq imkanına da malikdir.

Belə bir real nəticələri təmin edən sistemin yaranması ilə saxtakarlıqların baş vermə ehtimalı insanları düşünməyə vadar edir. Tədqiqatçıların fikrinə görə, videonu analiz etdikdən sonra, onun real yoxsa kompüter tərəfindən hazırlanmış video olduğunu asanlıqla müəyyənləşdirmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı