Trampa məxsus oteldə müştərilər məlumat sızmasının qurbanı olub İyul 13, 2017 | 11:29 / Maraqlı məlumatlar

Hadisə bronlaşdırma sisteminin sındırılması nəticəsində baş verib.

ABŞ prezidenti Donald Trampa məxsus “Trump Hotels” lüks otellər şəbəkəsinin müştəriləri məlumat sızmasının qurbanı olub. Hadisə “Sabre” şirkətinə məxsus olan “SynXis Central Reservations” bronlaşdırma sisteminin sındırılması nəticəsində baş verib.

2017-ci ilin may ayında “Sabre” dünya üzrə 32 mindən çox otelin istifadə etdiyi “SynXis” mərkəzi bronlaşdırma sisteminə icazəsiz girişlə bağlı istintaqın başlanıldığını bildirib. Cinayətkarlar “SynXisin daxili hesabını sındırdıqdan sonra sistemə daxil olaraq müştərilərin şəxsi və bank kartlarının məlumatlarını oğurlayıblar.

securitylab.ru saytının verdiyi məlumata görə, cinayətkar icazəsi olmadan hesaba daxil olaraq bronlaşdırma zamanı təqdim olunmuş ödəniş və digər məlumatları əldə edib.

Cinayətkarlar, həmçinin otelin bəzi müştərilərinin adları, bank kartlarının nömrələri, kartın bitmə tarixi və təhlükəsizlik koduna daxil olmaq imkanı əldə ediblər. Hakerlər bəzi hallarda həm də elektron poçt ünvanları, telefon nömrələri, yaşayış ünvanı və digər məlumatları da oğurlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı