Veb-analitika problemləri araşdırılır İyul 12, 2017 | 04:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 6 aylıq hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Gülnarə Nəbibəyova görülmüş işlər haqqında məlumat verdi. Öncə elmi-tədqiqat işlərindən danışan məruzəçi informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində elektron dövlətin və terminoloji informatikanın formalaşması, o cümlədən veb-texnologiyalar problemləri ilə bağlı araşdırmaların aparıldığını, tədqiqatların nəticəsi olaraq bir sıra məqalələrin hazırlandığını diqqətə çatdırdı.

G.Nəbibəyova şöbənin elmi-innovativ fəaliyyətindən söz açaraq bildirdi ki, Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Kimya Jurnalı, AMEA Botanika İnstitutu,  AMEA İdarəetmə Sistemləri İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və digər elmi qurumlar üçün müasir tələblərə cavab verən veb-saytlar hazırlanmışdır. Bildirdi ki, “Azərbaycan alimləri diasporası” informasiya sisteminin hazırlanması, AMEA-nın rəsmi www.science.gov.az portalının daimi dəstəklənməsi və s. şöbənin innovativ fəaliyyəti çərçivəsində görülən işlərdəndir.

Məruzəçi, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi konfrans və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri,elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verdi.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı