“Ağıllı” səsgücləndirici təhlükəli vəziyyətdə polis çağırıb İyul 12, 2017 | 11:00 / Maraqlı məlumatlar

ABŞ-da polis evdə quraşdırılmış ağıllı səs gücləndiricinin 911-ə zəng vurması ilə rəfiqəsini hədələyən şəxsi həbs edib. Tijeras (Nyu-Meksika ştatı) qəsəbəsində baş vermiş hadisə zamanı Eduardo Barros adında şəxs öz rəfiqəsinə fiziki güc tətbiq etməyə başlayıb və onu silahla hədələyib.

Polis (şerif) bölməsinin nümayəndələrinin sözlərinə görə, Barros rəfiqəsini öldürməklə hədələyən zaman soruşub: “Sən, şerifə zəng vurmusan?”. Güman olunur ki, evdə quraşdırılmış “ağıllı” səsgücləndirici həmin şəxsin sözlərini səs əmri kimi qəbul edərək 911-ə zəng vurub. Çağırışa cavab vermiş təcili xidmətin operatoru təhdidləri eşidib və polisi çağırıb.

hitech.newsru.com saytının məlumatına görə, “ağıllı” səsgücləndiricinin təsadüfi olaraq işə düşməsi ana və onun uşağının təhlükəli vəziyyətdən qurtulmasında əhəmiyyətli rol oynayıb.

Qeyd edək ki, ötən ilin dekabrında Arkanzas ştatının Bentonvill şəhərinin polisi 2015-ci ilin noyabrında baş vermiş qətlin araşdırılmasına kömək etmək üçün Amazon Echo “ağıllı” ev səsgücləndiricisinin “şahid olma” ehtimalını nəzərə alaraq “Amazon” şirkətinə müraciət edib.  Həmçinin şübhəli şəxslərin günahının sübutu kimi su və elektrik sayğacları daxil olmaqla digər “ağıllı” qurğuların da “ifadələri alınıb”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı