“Amazon” su altında anbarlar inşa etməyi planlaşdırır İyul 10, 2017 | 04:52 / Maraqlı məlumatlar

Amazon korporasiyası suyun altında yerləşən anbarlarda məhsulların saxlanılma texnologiyasını təsvir edən patenti qeydiyyatdan keçirib. Patenti şərh edən ekspertlərin fikrincə, futuristik sualtı anbar yüksək texnologiyalar sahəsində inqilab olacaq.

planet-today.ru saytının məlumatına görə, məhsulların anbara çatırılması üçün konveyerlər və paraşütlərdən istifadə olunacaq. Yüksək rütubət səbəbindən korlana biləcək məhsullar xüsusi mühafizə olunan konteynerlərdə saxlanılacaq.

Ən maraqlısı isə məhsulların anbardan suyun səthinə qaldırılması prosesidir. Bu, xarici siqnal qəbul edən nişanlar vasitəsi ilə həyata keçiriləcək. Nişan aktiv olduqdan sonra, xüsusi hava şarı dolmağa başlayır və konteyneri yuxarı qaldırır.

Ekspertlər bildiriblər ki, yer çox olduğuna görə hətta kosmosda da belə bir anbar yaratmaq mümkündür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı