İlk holoqrafik ekranlı smartfon təqdim olunub İyul 07, 2017 | 04:00 / Texnoloji yeniliklər

“RED” şirkəti unikal holoqrafik ekranı ilə seçilən “RED Hydrogen One” smartfon modelini təqdim edib. Qurğu ilə işləmək üçün istifadəçilərdən kaska və xüsusi eynək taxmaq tələb olunmur.

macdigger.ru saytının məlumatına görə, bu smartfon dünyada həm adi, həm holoqrafik kontenti, eləcə də “2D” və “3D” formatlı əlavə reallığı göstərən ilk qurğudur. “Android” əməliyyat sistemi ilə işləyən yeni qurğu adi qulaqcıqla musiqi dinləyərkən stereo səsi 5,1 sisteminə çevirir.

“Hydrogen One” smartfonunun daha bir xüsusiyyəti əlavə reallıq elementlərini istifadə etməklə “2D” formatından “3D”yə avtomatik keçməyə imkan verən ekran rejiminin olmasıdır. Smartfon, həmçinin növbəli modulları dəstəkləyəcək.

“RED” şirkəti sistemləri çəkiliş üçün istəyə uyğun təkmilləşdirməyə imkan verən kameralar da istehsal edir. Xüsusi çıxış vasitəsilə aksessuarları qoşaraq smartfonun funksiyalarını dəyişdirmək mümkün olacaq.

Alüminium korpuslu “Hydrogen One” modeli üçün ilkin sifarişlər 1200 dollar təşkil edir. Titan versiyanın qiyməti isə 1600 dollara bərabərdir. Qurğunun satışına növbəti ilin əvvəlində başlanılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı