Süni intellektin köməyilə dərman hazırlanacaq İyul 05, 2017 | 11:30 / Maraqlı məlumatlar

Böyük Britaniyanın əczaçılıq şirkəti “GlaxoSmithKline” dərmanların hazırlanması üçün süni intellekt tətbiq edəcək.

Son zamanlar əczaçılar tibbi dərman preparatlarının hazırlanması proseduruna süni intellektin cəlb edilməsi ilə daha çox maraqlanırlar. “GlaxoSmithKline” tezliklə öz biznesində bu texnologiyalardan istifadə etmək niyyətindədir. Belə ki, şirkət rəhbərləri bu kimi innovativ texnologiyaların yaradılmasında ixtisaslaşmış “Exscientia” konserni ilə müqavilə imzalayıblar.

vladtime.ru saytının məlumatına görə, hazırda mütəxəssislər dərmanların yaradılması sahəsində süni intellektin potensial tətbiqinə dair tədqiqatla məşğul olurlar. Alimlər preparatların istehsalı ehtimalının proqnozlaşdırılması üçün ən yeni, güclü kompüterlərdən və maşın təlimi mexanizmlərindən istifadə edirlər. Beləliklə, əczaçılar öz maddi vəsaitlərinə və zamana qənaət edərək əlavə təcrübələr aparmayacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı