“Ağıllı” diş fırçası təqdim edilib İyul 03, 2017 | 03:26 / Maraqlı məlumatlar

Çinin tanınmış elektron qurğu istehsalçısı “Xiaomi” şirkəti “ağıllı” diş fırçasını təqdim edib. “Mi Ultrasonic Toothbrush”ın hazırlanması zamanı mütəxəssislər ultrasəs texnologiyasından istifadə ediblər.

dni24.com saytının məlumatına görə, “ağıllı” fırça dişlərin təmizlənməsi zamanı təxminən 30 min vibrasiya edir ki, bu da gigiyenik proseduru tez və keyfiyyətli etməyə imkan verir. Diş fırçası IPX7 standartı üzrə hazırlandığından o, mayenin daxilə keçməsindən qorunub. İstifadəçilər vibrasiyanın intensivliyinə təsir edən sürət rejimlərini seçə bilər. Diş fırçasını xüsusi proqram quraşdırılmış smartfon vasitəsilə idarə etmək mümkündür.

“Mi Ultrasonic Toothbrush” şəbəkədən enerji toplayır, dişlərin gündə iki dəfə təmizlənməsi zamanı 1 dəfə toplanmış enerji 18 gün üçün kifayət edir. Diş fırçasının saxlanması və qidalandırılması üçün dok-stansiya yaradılıb. Onu, həmçinin akkumulyatordan enerji ilə yükləmək olar ki, bu da səyahət zamanı olduqca rahatdır.

Şirkət nümayəndələri bildiriblər ki, “ağıllı” diş fırçasının qiyməti 29 ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı