Süni intellekt insan düşüncələrini oxuyacaq İyun 30, 2017 | 05:09 / Maraqlı məlumatlar

ABŞ-ın Karneqi Mellon Universitetinin alimləri beyinin stintiqrafiyasını təhlil edən və insanın nə düşündüyünü anlayan dərin təlim alqoritmini hazırlayıblar. Beyinlə ötürülən siqnalların interpretasiyası süni intellektə, hətta mürəkkəb cümlələri də deşifrə etməyə imkan verir.

hitech.vesti.ru saytının məlumatına görə, təcrübə zamanı tədqiqatçılar funksional maqnit-rezonans tomoqrafiyası üçün cihazın köməyilə toplanmış məlumatları maşın təlimi alqoritmlərinə “yediriblər”. Süni intellekt onları öyrənərək müəyyən ardıcıllıqda beyinin bu və ya digər düşüncələrin yaradılması üçün istifadə etdiyi zənciri qurub.

Ayrı-ayrı insanlara, yerlərə və ya fiziki təsirlərə beyinin təxminən 240 reaksiyası aşkar edilib. Alqoritmlər funksional maqnit-rezonans tomoqrafiyası məlumatlarını artıq məlum olan reaksiyalarla müqayisə edərək insanın nə düşündüyünü təxmin etməyi sınayıb. Öncədən məlumat vermənin dəqiqliyinin çox yüksək – 87 faizə qədər olması alimlərin təəccübünə səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı