İnstitutun əməkdaşları Koreya Respublikasında elmi ezamiyyətdədirlər İyun 30, 2017 | 12:39 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları, dosentlər Yadigar İmamverdiyevFərhad Yusifov Koreya Respublikası Elektronika və Telekommunikasiya Tədqiqat İnstitutunda (Electronics and Telecommunications Research Institute, ETRI) İKT üzrə bilik mübadiləsi proqramında iştirak etmək üçün elmi ezamiyyətdədirlər.

İnstitut əməkdaşları hazırda öz tədqiqat maraqları üzrə ETRI-də aparılan qabaqcıl tədqiqat layihələrində bilavasitə iştirak edirlər. Proqram çərçivəsində, həmçinin qabaqcıl baza texnologiyaların işlənməsi və kommersiyalaşdırılmasının tam həyat tsikli üzrə koreyalı həmkarların təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.

İnstitut əməkdaşları təmsil etdikləri elmi müəssisə ilə ETRİ arasında əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri barədə də müzakirələr aparacaqlar.

Qeyd edək ki, ETRI 1976-cı ildə təşkil edilmiş və dövlət tərəfindən maliyyələşdirilən aparıcı elmi-tədqiqat institutudur. Hazırda burada 2000-ə yaxın əməkdaş fəaliyyət göstərir. Qurumun əsas kampusu Decon şəhərində innovasiyalar şəhərciyi (innopolis) kimi qurulmuş Dedok elm parkında yerləşir. Koreyanının Seul, Dequ və Honam şəhərlərində, həmçinin dünyanın 20-yə yaxın ölkəsində,  o cümlədən Çin və ABŞ-da ETRI-nin elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Hazırda ETRI-də elektronika, informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, informasiya təhlükəsizliyi, biliklərin konvergensiyası kimi bir sıra istiqamətlərdə kompleks elmi-tədqiqat işləri aparılır və qabaqcıl texnologiyalar işlənir, onların kommersiyalaşdırılması və bir sıra sənaye sahələrinə transferləri həyata keçirilir.

Xatırladaq ki, ABŞ-da alınmış patentlərin sayına görə ETRI ardıcıl olaraq üçüncü ildir ki, liderlik edir və Massaçusets Texnologiya İnstitutu, Kaliforniya və Stenford Universitetlərini qabaqlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı