Pilotsuz mobil poliklinika İyun 23, 2017 | 05:00 / Maraqlı məlumatlar

Tibbi xidmətlərin göstərilməsi üzrə yeni “Aim” adlı konsepsiya təqdim olunub. Belə ki, pilotsuz avtomatlaşdırılmış poliklinika vasitəsilə istənilən şəxs onlayn rejimdə həkimə müraciət edə, diaqnostikadan keçə və hətta zəruri olduqda ən yaxın təcili yardım məntəqəsinə gedə bilər.

popmech.ru saytının məlumatına görə, tezliklə magistrallarda hərəkət edən və müxtəlif tibbi xidmətlər göstərən pilotsuz avtomatlaşdırılmış poliklinikalar fəaliyyət göstərəcək. Konsepsiya Amerikanın “Artefact” şirkətinin mühəndisləri tərəfindən hazırlanmışdır. Məqsəd səhiyyə sisteminin müxtəlif problemlərini aradan qaldırmaq, xüsusilə də tibbi xidmətlərdən istifadə üçün gözləyərkən sərf olunan vaxtı azaltmaqdır.

Pilotsuz klinikada diaqnostikadan keçərək sağlamlıqla bağlı hər hansı problemin olub-olmadığını müəyyənləşdirmək, həmçinin bədənin kütlə indeksini hesablamaq mümkündür. Bundan başqa, klinikada ürək ritmi və nəfəsin analiz edilməsi üçün xüsusi yer var.

Sistem “ağıllı” qurğulardan məlumatları əlavə olaraq inteqrasiya edəcək. Həmçinin pasiyent smartfon üçün proqram vasitəsilə öz tibbi göstəricilərini sərbəst şəkildə yükləyə biləcək.

Klinikaların daxilində yerləşdirilmiş ekranların köməyilə onlayn rejimdə mütəxəssislə tibbi konsultasiyalar keçiriləcək. Qurğu xəstəni dərhal təcili yardım məntəqəsinə çatdıra biləcək. Bununla da pasiyent təcili yardım avtomobilini gözləmək üçün vaxt itirmədən müalicə alacaq.

“Aim” hər bir pasiyent üçün vahid tibbi kart yaradacaq. İstehsalçılar güman edirlər ki, bu, pasiyentlərə müalicəyə sərf olunan maddi xərcləri azaltmaqda kömək edəcək və onları öz sağlamlığına daha ciddi yanaşmağa vadar edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı