“Facebook”un çat-botları öz şəxsi dilini ixtira ediblər İyun 22, 2017 | 04:11 / Maraqlı məlumatlar

Bu yaxınlarda “Facebook” şirkətinin Süni intellekt laboratoriyasının (FAIR) tədqiqatçıları çat-botları təkmilləşdirməyə çalışarkən gözlənilməz yeniliyə imza atıblar. “Dialoq agentləri” kimi tanınan botlar öyrənmə prosesində qəflətən unikal dil yaradıblar.

popmech.ru saytının məlumatına görə, proqramlar maşın təlimi alqoritmləri sayəsində danışıq bacarıqlarını inkişaf etdirmək və təkmilləşdirmək üçün bir-biriləri ilə söhbət etməyə cəlb olunub. Bir müddətdən sonra, botlar verilmiş nümunələrdən yayınmağa və insanın təsiri olmadan yaradılan yeni dildə ünsiyyət saxlamağa başlayıblar. Bu dil linqvistika baxımından anlamsız görünsə də, maşınlar ifadələrin çoxsaylı təkrarı və ingilis dili konstruksiyalarının sadələşdirilməsinə əsaslanan ünsiyyətin bu formasını üstün tutublar.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, botlar danışıqların aparılmasının olduqca orijinal modelindən istifadə edirlər. Maşın təlimi prosesində botlar zamanla kifayət qədər təcrübəli olublar və uydurma güzəştə nail olmaqla daha sonrakı mərhələdə onu “qurban vermək” üçün dialoqun bir predmetinə marağı simulyasiya etməyə başlayıblar.

Xatırladaq ki, çat-botlar həmsöhbətlərinin bütün xüsusiyyətlərini (xüsusilə neqativ) çox tez zamanda qəbul edirlər. 2016-cı ilin başlanğıcında “Microsoft” şirkətinin “İnsanlar çox əladırlar” ifadəsi ilə istifadəçilərlə ünsiyyətə başlayan botu cəmi 1 sutka ərzində irqçiliyə “yoluxub”, mizantrop (insanlara nifrət edən) olub, yəhudi və feministlərə nifrətini bildirib. Hətta şirkətin əməkdaşları istifadəçiləri təhqir etməyi dayandırması üçün botu söndürməyə məcbur olublar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı