Uçan otel otaqları İyun 20, 2017 | 03:46 / Maraqlı məlumatlar

“Hyperloop” vakuum qatarlar şəbəkəsi hələ yaradılmasa da, onun virtual infrastrukturu artıq hazırdır. Amerikalı memar və dizayner Brendan Zibreht vakuum otel layihəsini təqdim edib. Belə ki, vakuum otel otağında yaşamaq, səyahət etmək və yük daşımaq mümkün olacaq.

popmech.ru saytının məlumatına görə, şəbəkə ABŞ-ın sistemə qoşulmuş müxtəlif şəhərlərində 13 məntəqəni bir-biri ilə əlaqələndirəcək. Hər bir otaq rahat yük konteynerindən ibarət olacaq. Layihə insanlara sözün əsl mənasında otel otağını özü ilə götürüb bir neçə şəhəri ziyarət etməyə imkan verəcək.

Hər bir otel kapsul-vaqonu istehsalçılara 10 milyon, bütün mehmanxana isə 130 milyon dollara başa gələcək. Texnologiyanın reallaşdırılmasına 5-10 il vaxtın sərf olunacağı güman edilir.

Qeyd edək ki, “Hyperloop One” vakuum qatarı üçün ilk trek İlon Maskın “Tesla” şirkəti tərəfindən Las-Veqasda tikilib. Şirkətin mütəxəssisləri qatarların “Hyperloop” tunellərində maksimal sürətinin 1200 km/saata çatacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı