Ən böyük üzən günəş elektrik stansiyası İyun 20, 2017 | 11:00 / Maraqlı məlumatlar

Çində dünyanın ən böyük üzən günəş elektrik stansiyasının (GES) tikintisi aparılır. Bu stansiyanın tərkibində bir-birinə bağlı üzən pontonlar üzərində qurulmuş 166 min günəş batareyası var. Elektrik stansiyasının ümumi gücü 40 meqavat təşkil edir. Cari ilin sentyabrında isə bu rəqəm rekord həddə (150 mvt) çatacaq.

Huaynan (Huainan) şəhəri ərazisində yerləşdirilmiş “Sungrow” GES-i köhnə kömür şaxtalarından birinin ərazisində torpağın çökməsi nəticəsində yaranmış süni gölün səthində yerləşdirilib.

dailytechinfo.org saytının məlumatına görə, bu stansiya dünyada yeganə üzən GES deyil. Bu kimi layihələr Yaponiya, Böyük Britaniya və İsrail kimi ölkələrdə artıq reallaşdırılıb və ya reallaşdırılma mərhələsindədir. Çinin layihəsi isə bütün layihələrdən həcminin böyüklüyünə görə fərqlənir.

Üzən GES-lər yerin səthində qurulmuş GES-lərdən 5-10 faiz daha effektivdir. Bunun səbəbi günəş batareyalarının səthinə yenidən düşən günəş işığının bəzi hissəsini suyun səthinin əks etdirməsidir. Gölün səthindən buxarlanmış su fotoqalvanik elementləri əlavə olaraq soyudur ki, bu da onun daha effektiv işləməsinə imkan verir.

Qeyd edək ki, bu layihə günəş batareyalarının fotoqalvanik elementlərinin istehsalına görə dünyada ikinci yerdə olan “Sungrow” şirkəti tərəfindən reallaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı