Zərərli vərdişlərin təsirləri əlavə reallıq vasitəsilə nümayiş olunacaq İyun 19, 2017 | 05:00 / Maraqlı məlumatlar

Əlavə reallıq (augmented reality) dünyanın real təsvirinə əlavə elementlər yerləşdirməyə imkan verən texnologiyadır. Bu gün bu texnologiyanın istifadə olunduğu sahələrdən biri də tibbdir.  

Birmingem Universitetinin (İngiltərə) alimləri əlavə reallıq əsasında öyrədici layihə həyata keçirmək üçün tibb texnologiyalarının vizuallaşdırılmasından istifadə ediblər. Dünyada buna bənzər bir neçə layihə mövcud olsa da, əksər hallarda onlar tibb fakültələrinin tələbələri üçün hazırlanır. Bu, əməliyyatların icra edilməsi texnologiyasını yerinə yetirməyin mümkün olduğu virtual anatomik atlaslar və simulyatorlardır.

naked-science.ru saytının məlumatına görə, bu tətbiq həkimlərlə yanaşı, həm də pasiyentlər üçün nəzərdə tutulub. Layihənin əsasını insan orqanizminin ayrı-ayrı orqanlarının 3D-modelləri təşkil edir. Hərəkət tənzimləyicilərinin köməyilə həkim modelin yerini dəyişdirə və onu çevirə bilər. Modelə fərdi parametrlər (məsələn, pasiyentin siqaret çəkdiyi illərin sayını) tətbiq etmək olar. İstehsalçıların sözlərinə görə, layihə pasiyentə zərərli vərdişlərin onun orqanizminə necə təsir etdiyini görməyə imkan verəcək. Həmçinin həkim müəyyən əməliyyatın pasiyentin orqanizminə təsiri modelini hazırlaya biləcək.

Bununla yanaşı, yeni metodika pasiyentlərə həyat tərzlərində dəyişiklik etməklə onların orqanizminin necə dəyişəcəyini əyani nümayiş etdirməyə imkan verəcək.

Gələcəkdə alimlər müxtəlif travma və xəstəliklərin orqanizmə təsirinin modelini də hazırlamağı planlaşdırırlar. Qeyd edək ki, bu modellərə pasiyentin həyat tərzinin fərdi parametrlərini tətbiq etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı