Biometrik autentifikasiya üçün yeni sistem təqdim olunub İyun 19, 2017 | 12:00 / Texnoloji yeniliklər

“Fujitsu” korporasiyasının yeni biometrik autentifikasiya sistemi barmaq izi və gözün torlu qişasının skaneri ilə müqayisədə, fərdi məlumatları kibertəhdidlərdən daha yaxşı mühafizə edəcək.

“PalmSecure ID” adlı yeni sistem istifadəçini ovucdakı vena damarının şəklinə görə müəyyənləşdirir. Yeniliyin inteqrasiyası “Microsoft Active Directory” kataloqlar xidməti vasitəsilə həyata keçirilir. “PalmSecure ID” istifadəçisi Windows” əməliyyat sistemində əlçatan olan sistemi kompüterdə işə salmaq və ya daxili sistemə baxış məqsədilə autentifikasiyadan keçmək üçün ovcunu kontaktsız skanerin üzərinə qoymalıdır.

dni24.com saytının məlumatına görə, “Fujitsu” şirkətinin müasir planşet və noutbuk modelləri artıq yeni biometrik autentifikasiya sistemi ilə təchiz edilib.

“Microsoft Active Directory” sayəsində istifadəçilər korporativ şəbəkəyə qoşulmuş istənilən qurğuda öz hesabına daxil ola bilərlər. “PalmSecure” xidməti bütün idarəetməni mərkəzləşdirir və fərdi məlumatları saxlayır. Yeni sistemin dövlət təşkilatları, tibb məntəqələri, banklar və aeroportlarda tətbiqi planlaşdırılıb.

Texnologiya real vaxt rejimində işləmək, autentifikasiya zamanı insanın qanının hərəkətini yoxlamaq və saxtakarlığa qarşı mühafizəni təmin etmək imkanına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı