İntellektual oyunların müasir vəziyyəti ilə bağlı araşdırmalar aparılıb İyun 16, 2017 | 04:31 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirildi. İnstitutun dissertantı Bahar İsmayılova “İntellektual oyunlar: müasir vəziyyət, problemlər və perspektivlər” adlı məruzəni təqdim edərək intellektual  oyunların təşkilinin əsas  psixoloji və pedaqoji  aspektlərindən söz açdı. Bildirdi ki, buraya oyuna cəlb edilmədə məcburiyyətin olmaması, əlçatanlıq, aydınlıq, əyanilik və emosionallıq kimi amillər daxildir.  

Məruzəçi tədrisyönümlü oyunların yaranması və təkamülü barədə də söhbət açdı. Qeyd etdi ki, “The Oregon Trail” adlı ilk tədrisyönümlü kompüter oyunu 1971-ci ildə meydana gəlmişdir. Hazırda azyaşlı uşaqların oxu, danışıq savadı və sadə riyazi bacarıqlarının formalaşması üçün  minlərlə oyun mövcuddur.

O, kompüter oyunlarının janr, oyunçuların sayı və qarşılıqlı fəaliyyəti, məzmun və  platformaya görə təsnif olunduğunu dedi. Həmçinin “Civilization” seriyası, “Europa Universalis”, “Railroad Tycoon”, “Rails Across America” və “PlaceSpotting” kimi tədris prosesində uğurla tətbiq olunan oyun nümunələri haqqında məlumat verdi, bu istiqamətdə aparılan elmi tədqiqatlardan söz açdı. 

B.İsmayılova rəqəmsal oyunlar və motivasiya, tədrisyönümlü  oyunlar üzrə beynəlxalq konfranslar, krossvord  həlli  üzrə dünya çempionatları haqqında məlumatları da diqqətə çatdırdı.

Sonda isə intellektual oyunların tədrisdə tətbiqi ilə bağlı konkret təkliflər səsləndirdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, irad, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı