“Symantec” şirkəti yeni nəsil antivirus hazırlayır May 05, 2014 | 11:00 / Texnoloji yeniliklər

Antivirus proqram təminatı bazarının veteranı “Symantec” şirkəti yeni nəsil şəbəkə təhdidlərinə qarşı müasir təhlükəsizlik tələblərinə cavab verən kompleks mühafizə vasitəsi hazırlamaq niyyətindədir. Bu, onunla izah olunur ki, hazırda klassik antiviruslar təhlükəsizliyi lazımi səviyyədə təmin etmir, kiberhücumların yalnız 45%-ni zərərsizləşdirirlər. Faktiki olaraq "antiviruslar məhv olub" – “Symantec” şirkətinin informasiya təhlükəsizliyi üzrə baş vitse-prezidenti Brayan Day belə deyib. 

ictnews.az elektron xəbər xidmətindən bildiriblər ki, şirkət ancaq yeni mühafizə vasitəsinin hazırlanması ilə məhdudlaşmaq istəmir. “Symantec” öz müştərilərinə "çevik reaksiya qrupu"ndan mütəxəssis xidməti təklif etməyə hazırlaşır. Onlar real vaxt rejimində haker hücumlarının qarşısını ala və oğurlanma təhlükəsi altında olan məlumatları qoruya biləcəklər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı