“Apple” sifətin tanınması texnologiyasının istehsalçısını satın alıb İyun 12, 2017 | 03:12 / Maraqlı məlumatlar

“The Times of Israel” İnternet resursunun məlumatına görə, “Apple” şirkəti İsrailin sifətin tanınması texnologiyasının hazırlanmasında ixtisaslaşmış firması olan “RealFace”i satın alıb.  

3dnews.ru saytında bildirilir ki, Təl-Əvivdə fəaliyyət göstərən RealFace firmasının əsası 2014-cü ildə qoyulmuşdur. Şirkətə sahib olmaq “Apple” korporasiyasına 2 milyon dollara başa gəlmişdir.

RealFace saytı hazırda “offlayn” rejimdə işləyir. Startap sifətin tanınması üzrə süni intellektlə inteqrasiya edilmiş unikal texnologiya hazırlayıb. RealFace proqram təminatı digər qurğularla müqayisədə sifətin asanlıqla tanınmasını təmin edir. Şirkətdən verilən məlumata görə, yeni proqram müştərilərə sistemə giriş üçün “ağıllı” biometrik həll təklif etməyə çalışır ki, bunu da mobil qurğularda da istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, daha əvvəllər İsrail öz şirkətinin inkişafı üçün təxminən 1 milyon dollar investisiya almışdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı