Robot-şair qum üzərində şeir yazır İyun 08, 2017 | 04:20 / Maraqlı məlumatlar

Son illər müasir texnologiyalar sürətlə inkişaf edir və bu gün robotlar insanları daim müşayiət edir. Süni intellekt kimi texnologiyaların meydana çıxması nəticəsində öyrənə, düşünə və qərarlar qəbul edə bilən robotlarla rastlaşırıq. Əlbəttə ki, bunlar yalnız insanın rahatlığı üçün yaradılmış alətlərdir. Lakin robotlar insan kimi düşündükdə və hiss etdikdə nə baş verəcək?

popmech.ru saytının məlumatına görə, çinli dizayner və tədqiqatçı Yuysi Lyu çimərlikdə gəzərək və şeir yazaraq həyatdan zövq alan süni intellektə malik avtonom robot hazırlayıb. “Poet on the shore” robotu onu əhatə edən dünyanı “hiss etməyə” imkan verən bir neçə sensorla təchiz olunub. Robot “gördüyü” və “eşitdiyi”ni şeirlərə çevirərək qum üzərində yazır.

“O, dənizə baxmağı, dalğaların səsi, küləyin xışıltısı və uşaqların danışıqlarını dinləməyi sevir. Bəzən qum üzərində şeir yazır və sahilboyu dalğaların onu necə yuyub apardığını müşahidə edir”, – deyə dizayner bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı