Jestləri tanıyan klaviaturanın prototipi hazırlanıb May 01, 2014 | 10:00 / Texnoloji yeniliklər

“Microsoft” şirkəti əllərin jestlərini tanıyan klaviaturanın prototipini (ilk nümunə) hazırlayıb. Mütəxəssislərin sözlərinə görə, qurğu informasiyanın daxil edilməsi metodlarını daha da asanlaşdıracaq. Toronto şəhərindəki (Kanada) “Computer Human Interaction” konfransında təqdim olunmuş qurğu haqqında PC World nəşri xəbər verib. 

Şirkətin Tədqiqatlar bölməsi (Microsoft Research) tərəfindən hazırlanmış klaviaturanın prototipi klavişlərlə yan-yana 64 sensorla təchiz olunub. Sensorlar klaviatura ilə işləyərkən əllərin hərəkətini tanıyır. 

Digər bir məlumata görə, şirkətin Kembricdə (ABŞ) yerləşən başqa bir laboratoriyası informasiyanın Kinect sensorunun köməyi ilə jestləri tanıyan ənənəvi klaviatura və mausun kombinasiyası vasitəsilə daxil edilməsi texnologiyası üzərində işləyir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı