Dünyanın ən bahalı brendləri İyun 06, 2017 | 02:27 / Maraqlı məlumatlar

“Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri dünyanın ən bahalı brendlərinin ilk beşliyinə daxil olub.

Bu barədə Böyük Britaniyanın “WPP” və “Kantar Millward Brown” şirkətlərinin birgə hazırladığı The BrandZ Global Top 100 adlı illik məruzədə məlumat verilib.

news.rambler.ru saytının məlumatına görə, bu il liderlərin ilk üçlüyü əvvəlki mövqeyini saxlayıb. “Amazon” şirkəti öz göstəricilərini yaxşılaşdıraraq yeddinci pillədən dördüncü pilləyə qalxmağa nail olub. “Facebook” isə əvvəlki yerində qərarlaşıb. Bu şirkətlərin gəliri reytinqə daxil olan 100 müəssisənin bütövlükdə gəlirinin 25%-ni təşkil edir. Brendlərin tədqiqatında iştirak edən şirkətlərin ümumi dəyəri isə 8% artıb. O, 2016-cı ildə 3,4 trilyon dollar idisə, 2017-ci ildə 3,6 trilyon dollara çatıb.

Top 100 reytinqində ən üstün mövqelər ilk gündən innovasiya platformasında dominantlıq edən İnternet-nəhənglərinə aiddir”, deyə – BrandZ-ın rəhbəri Kantar Millward bildirib.

Analitik tədqiqatın gedişatında dünyanın 50 bazarında təqdim edilmiş təxminən 120 min brendə üç milyondan çox alıcının münasibəti araşdırılıb. Bundan başqa, şirkətlərin müxtəlif maliyə və biznes  göstəriciləri nəzərə alınıb.

1971-ci ildə əsası qoyulmuş WPPşirkəti ictimaiyyətlə əlaqələr və reklam sahəsində fəaliyyət göstərir. O, brendlərin tədqiqatı ilə məşğul olan və reklamın optimallaşdırılması, o cümlədən brend kapitalının öyrənilməsi sahəsində konsaltinq xidmətləri göstərən Kantar Millward Brown şirkətinin sahibidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı