“Apple” ən güclü stolüstü kompüterini təqdim edib İyun 06, 2017 | 12:00 / Maraqlı məlumatlar

“Apple” korporasiyası “Mac”ın bütün kompüterlərindən güclü olan yeni “iMac Pro” stolüstü kompüterini təqdim edib. O, müxtəlif modifikasiyalarda 8 və 18 nüvəli Xeon prosessoru, eləcə də qrafika, video və onlayn-oyunlar üçün güclü elektron içliklə təchiz edilib.

Şirkətin vitse-prezidenti Con Ternus bildirib ki, istehsalçılar kompüteri 27 düym diaqonal ekranlı “iMac Retina 5K” dizaynının qabığına yerləşdiriblər. Hesablama gücü 22 teraflops olan kompüter 128 Gb əməli yaddaşı dəstəkləyir.

mir24.tv saytının məlumatına görə, qurğu 2017-ci ilin dekabrında satışa çıxarılacaq. Tünd boz (space gray) rəngdə təqdim olunması nəzərdə tutulan yeni “iMac Pro”nun ABŞ-da başlanğıc qiyməti 4999 dollar təşkil edəcək.

Qeyd edək ki, şirkət, həmçinin 10,5 düym diaqonal ekran və qısaldılmış yan çərçivələrə malik yeni “iPad Pro”nu təqdim edib. Planşetin dəyəri 649 dollardan 949 dollara qədərdir. Satışlara gələn həftədən başlanılması nəzərdə tutulsa, qurğunu öncədən sifariş etmək də mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı