Süni intellekt 2060-cı ilədək insanı bir çox sahələrdə üstələyəcək İyun 02, 2017 | 04:55 / Maraqlı məlumatlar

Süni intellekt 2031-ci ilədək satıcıları, 2049-cu ilədək yazıçı belletristləri, 2053-cü ilədək cərrahları əvəz edəcək. Alimlərin fikrincə, 100-120 il sonra süni intellekt bütün işlərin öhdəsindən insandan daha yaxşı gələ biləcək.

Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları süni intellekt texnologiyalarının hazırda müşahidə edilən sürətli inkişafının 2060-cı ilədək insanı bütün fəaliyyət sahələrində geridə qoymasına səbəb olacağını düşünürlər. planet-today.ru saytının məlumatına görə, Britaniya alimləri ilə onların amerikalı həmkarları – Yel Universitetinin tədqiqatçıları da həmfikirdir.

Futuroloqlar hesab edirlər ki, süni intellektin insan ağlına rəqib olaraq formalaşması bir neçə mərhələdə baş verəcək. Başlanğıc üçün, məsələn, süni intellekt bir dildən digərinə tərcümə etməyi öyrənəcək. O, indi də bu işin öhdəsindən gəlir, lakin proqnozlara əsasən, 2024-cü ilədək tərcüməçilər işsiz qalacaqlar. 2026-cı ilədək süni intellekt inşanı orta məktəb məzunları kimi yaza biləcək, 2027-ci ilədək isə ictimai yollarda çoxtonlu yük maşınlarını idarə edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı