“Ağıllı” ağac İyun 02, 2017 | 04:49 / Texnoloji yeniliklər

37 000 sakinin yaşadığı Nevar Avropada “eTree” texnologiyasının tətbiq edildiyi ilk şəhər olub.

İsrailin “Sol-logic” şirkəti Fransanın Nevar şəhərində sakinləri daimi İnternetə çıxış və içməli su ilə təmin edəcək “ağıllı” ağac quraşdırıb. Ağac vasitəsilə smartfonları enerji ilə doldurmaq da mümkündür. 

popmech.ru saytının məlumatına görə, ağacın daxilində enerji doldurma qurğuları, LCD ekran və içməli su ilə təchiz olunmuş fəvvarə quraşdırılıb. Wi-Fi şəhər sakinləri üçün istənilən zaman əlçatandır. “eTree” gecə işıqlandırmasına da malikdir. Onun “yarpaqları” qurğunun fasiləsiz işini təmin edən böyük günəş panellərindən ibarətdir.

Qeyd edək ki, “ağıllı” ağac ilk dəfə 2015-ci ilin dekabr ayında Parisdə keçirilən iqlim problemlərinə həsr olunmuş konfransda təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı