GPS-in analoqunun yaradılması üçün rabitə peyki orbitə buraxılıb İyun 02, 2017 | 11:00 / Maraqlı məlumatlar

Yaponiyada ikinci rabitə peyki “Michibiki” müvəffəqiyyətlə işə salınıb. İşə salma Yaponiyanın cənubunda yerləşən Taneqasima Kosmik Mərkəzinin ərazisindən həyata keçirilib. GPS sistemi Yaponiyada geniş istifadə olunsa da, dağlıq ərazilər və çox sayda göydələnlər GPS siqnalı üçün maneə törədir. Bu səbəbdən burada şəxsi geo yerləşmə sisteminin yaradılmasına ehtiyac yaranıb.

popmech.ru saytının məlumatına görə, yeni peyk smartfonlar üçün avtomobil naviqasiya sistemləri və xəritələrin işinin dəqiqliyini artırmağa imkan verməklə ölkənin şəxsi GPS-ini yaratmağa şərait yaradacaq.

İlk “Michibiki” peyki 2010-cu ildə orbitə buraxılıb. 3 və 4-cü aparatlar 2018-ci ilin martınadək orbitə göndəriləcək. Yaponlar 2023-cü ilədək orbitdə öz peyklərinin sayını yeddi aparata qədər artırmağı planlaşdırırlar.

Qeyd edək ki, Qlobal yerləşdirmə sistemi (Global Positioning System) əvvəlcə ABŞ ordusu üçün yaradılmışdı. İndi isə vətəndaşların ehtiyaclarının qarşılanması üçün (avtomobil naviqasiyasından İnternetdə axtarışa qədər) geniş istifadə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı