Mobil sensor xərçəngin diaqnostikasında laboratoriyaları əvəz edir Aprel 29, 2014 | 11:00 / Texnoloji yeniliklər

Məlumdur ki, xərçəng xəstəliyini insanın nəfəs almasına görə diaqnostika etmək olar. "The Daily Mail" qəzetinin yazdığına görə, diaqnozun qoyulması artıq mobil analizator sayəsində daha asan olub. “Owlstone” Kembric şirkəti artıq bu cür analizatorun prototipini yaradıb. Hazırda alimlər telefona uyğun gələn miniatür versiyanın üzərində işləyirlər. Proqnozlara görə, bütün işlərə 2 il vaxt sərf ediləcək. 

Yeni işləmənin əsasında xərçəngin kimyəvi markerlərini tanımaq üçün proqramlaşdırılmış mikroçip vardır. 

Analizatora gəlincə isə, alimlər onun effektivliyini həm sağlam, həm də bağırsaq xərçəngindən və kolitdən əziyyət çəkən xəstələr üzərində yoxlayıblar. Sistem sağlam insanı pasiyentdən dəqiqliklə fərqləndirə bilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı