Çində proqramlaşdırma ingilis dili səviyyəsində öyrədilir May 31, 2017 | 05:11 / Maraqlı məlumatlar

Çin hökuməti vətəndaşların texniki savadı və təhsil səviyyəsini yüksəltmək istiqamətində ciddi tədbirlər həyata keçirir. Böyük korporasiyalar xüsusi kurslar hazırlayır, hökumət isə qanunlar qəbul edir. Əsas məqsəd orta məktəblərin aşağı siniflərindən etibarən elmi siniflərin açılmasıdır. Bu siniflər ölkənin gələcək innovativ inkişafında mühüm rol oynayacaq.   

hightech.fm saytının məlumatına görə, Çində son aylar “Wonder Workshop” şirkətinin hazırladığı Dash robotu böyük populyarlıq qazanmışdır. O, əsas mobil platformalarla birləşdirilərək uşaqlara proqramlaşdırma və alqoritmik düşüncənin əsaslarına öyrənməyə imkan verir. Ölkədə proqramlaşdırma universal ünsiyyət vasitəsi kimi xarici dillərlə bərabər səviyyədə öyrədilir.

Mütəxəssislər bildiriblər ki, hazırda  kompüter alqoritmlərini yaratmaq bacarığı ingilis dilinin analoquna çevrilməkdədir. Bu dil ən müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmağa, proqramlaşdırma isə istənilən maşını anlamağa imkan verir. Bu gün Çində bütün səylər proqramlaşdırma dilləri üzrə bilikləri ingilis dili biliyi kimi təbiiləşdirməyə yönəlib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı