Alimlər makaronları “proqramlaşdırmağı” öyrəniblər May 31, 2017 | 10:00 / Maraqlı məlumatlar

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri təkcə robot texnikası və elektronika sahəsində deyil, qida sənayesinin müasirləşdirilməsi sahəsində də tətbiqlərin hazırlanması ilə məşğul olurlar. Hesablama texnikası üzrə Assosiasiyanın Denverdə (ABŞ) keçirilən konfransı zamanı “proqramlaşdırmağın” mümkün olduğu yeni növ makaron təqdim olunub. Belə ki, məmulat suya düşən zaman istənilən formanı qəbul etmək imkanına malikdir. 

hi-news.ru saytının məlumatına görə, xüsusi üsulla emal edilmiş yastı tədarükdən spiral, balıqqulağı, ümumiyyətlə istənilən formanı əldə etmək olar. Bu ixtira böyük perspektivə malikdir. Hazırda makaron istehsalı zamanı qablaşdırmanın təxminən 67 faizini hava əhatə edir. Forması dəyişdirilə bilən makaronlardan istifadə istehsal zamanı qablaşdırma və çatdırılma xərclərini azaltmağa, həmçinin hazırlanma prosesində vaxta qənaət etməyə imkan verəcək.

Bu makaronların əsasında jelatinin müxtəlif sıxlıqlı iki qatı dayanır – daha qalın qat rütubəti daha çox özünə çəkir və daha güclü əyilir. Jelatinin üstündən sellülozun rütubəti qəbul etməyən zolaqları yerləşdirilib. Makaronlar 2 dəqiqə ərzində 30 dərəcə C-yə qədər qızdırılmış suda öz formasını dəyişə bilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı