iPhone SE - istehlakçıların ən çox razı qaldığı smartfon May 25, 2017 | 04:11 / Maraqlı məlumatlar

Böyük ekranlı smartfonların getdikcə populyarlaşmasına baxmayaraq, ACSI-nin (American Customer Satisfaction Index – ABŞ-ın Alıcıların Məmnunluq İndeksi Təşkilatı) versiyasına görə, bu il liderlik “Apple” şirkətinin 4 düymlük ekrana malik iPhone SE smartfonuna aiddir.

24gadget.ru saytının məlumatına görə, ACSI ötən ilin may ayından cari ilin aprelinə kimi 36 194 insan arasında sorğu keçirib. İstifadəçilərdən qurğulara onlardan istifadə məmnunluğuna görə qiymət vermək tələb olunub.  

iPhone SE smartfonu 5.7 düym ekranı olan Samsung Galaxy S6 Edge+ və 86 xalı olan 5.5 düymlük iPhone 7 Plus-u geridə qoyaraq maksimum 100 baldan 86 bal toplayıb. Növbəti pillələrdə 85 xalla Galaxy S6 Edge, 84 xalla Galaxy S7 və Galaxy S7 Edge smartfonları qərarlaşıb.

Məlumdur ki, öz istifadəçilərini ən çox məmnun edən smartfonlar əsasən “Apple” və “Samsung” şirkətlərinə aiddir. Siyahının ilk iyirmiliyinə müvafiq olaraq 75 və 73 xalla Moto G və LG G4 smartfonları da daxil olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı