Yaponiyada Əşyaların İnternetinin məlumatlar birjası yaradılacaq May 25, 2017 | 11:06 / Maraqlı məlumatlar

Yüzlərlə yapon şirkəti 2020-ci ilə kimi Əşyaların İnternetinə (Əİ) qoşulmuş qurğular əsasında məlumatlar birjasının yaradılması üzərində çalışırlar. Bu, şirkətlərə böyük həcmli məlumatlarla ticarəti yeni səviyyəyə qaldırmağa imkan verəcək və Əİ texnologiyasının daha geniş yayılmasına səbəb olacaq.

hightech.fm saytının məlumatında bildirilir ki, 2020-ci ilə kimi 50 milyarddan çox qurğunun İnternetə qoşulacağı proqnozlaşdırılır. Dünyada Əİ texnologiyasının əsas komponenti olan sensorlar bazarının təxminən 40%-i Yaponiyaya aiddir. Ölkə, həmçinin İnternetə qoşulmuş qurğular bazarında lider olmaq iddiasındadır.

Əşyaların İnternetinin məlumatlar birjasının yaradılması sayəsində şirkətlər mobil qurğular vasitəsilə tibbi xidmətləri daha da inkişaf etdirə biləcək. Supermarketlər isə müştərilərin soyuducularında hansı ərzaqların olub-olmadığını ehtimal edərək onlara lazımi çeşidləri təklif edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı