Koreyada alıcılar ödəməni öz damarlarını skan edərək həyata keçirəcək May 24, 2017 | 09:58 / Maraqlı məlumatlar

Cənubi Koreyada 7-Eleven mini-supermarketlər şəbəkəsinin müştəriləri indi yeni özünəxidmət növündən istifadə edə bilirlər. Onlardan şəxsiyyəti təsdiq etmək üçün öz damarlarını skan etmək etmək və kartla ödəməni həyata keçirmək tələb olunur.

Mayın 16-dan istifadəyə verilən 7-Eleven mağazasının kassalarında personal yoxdur. Bütün alıcılarda mağazaya daxil olmaq və alış-verişi tamamlamaq üçün istifadə olunan Lotte üzvlük kartı olmalıdır. Lentli konveyer məhsulları skan etdikdən sonra ödəniş avtomatik başa çatır.  Bunun sayəsində mağaza personalı öz diqqətini alıcıların təkliflərinə yönəldə biləcək.

hightech.fm saytının məlumatına görə, Cənubi Koreya mağazalarında oğurlama hallarının qarşısını almaq üçün drondan da istifadə olunacaq.

Qeyd olunur ki, Yaponiyada Seven-Eleven və FamilyMart kimi ticarət şəbəkələri 2025-ci ilə kimi bütün mağazalarında özünəxidmət texnologiyasını tətbiq etmək niyyətindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.    

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı