"Qızlar İKT-də" Beynəlxalq günü qeyd olunub Aprel 25, 2014 | 11:00 / Konfranslar, iclaslar

“Hyatt Regency” otelində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (United States Agency for International Development - USAID) və IREX təşkilatının təşkilatçılığı ilə "Qızlar İKT-də" Beynəlxalq gününə həsr olunmuş konfrans keçirilib. 

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2010-cu ildə qəbul edilmiş qətnaməsi ilə hər il aprel ayının 4-cü həftəsinin 4-cü günü keçirilən bu tarixi gün bu il “Üfüqləri genişləndir, münasibətləri dəyiş! Müvəffəqiyyətləri qeyd edək, qızlara ilham verək!” devizi altında keçirilib. Məqsəd qadınların İKT sahəsində rolunun artırılmasına dəstək verməkdir. 

Avropa İttifaqının məlumatına görə, bu gün dünyada informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan təxminən 7 milyon insanın yalnız 30 faizini qadınlar təşkil edir. 

Konfransda ABŞ-ın Azərbaycandakı səfinin xanımı Feys Morninqstar, IREX-in nümayəndəsi Angela Nikoara, IREX-in Azərbaycandakı moderatorları - Ülviyyə Əsədzadə və Vüqar Məmmədov və digərləri çıxış edərək İKT sahəsində çalışan gənc xanımlara öz tövsiyələrini bildiriblər. 

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “İKT-nin inkişafında qadınların rolu”mövzusunda məruzə ilə çıxış edib. Ş.Mahmudova qadınların İKT-nin inkişafında rolunun ildən-ilə artığını qeyd edərək dünyada ilk proqramçı qadınların bu sahədəki xidmətlərindən, informatika və İT sahəsində nüfuzlu Türinq mükafatının əhəmiyyətindən söz açıb. 

2013-cü ilin ölkəmizdə İKT ili elan edildiyini xatırladan məruzəçi İnformasiya Texnologiyaları İnstitutunda İKT üzrə yüksəkixtisaslı gənc kadr və elmi tədqiqatçıların hazırlanması istiqamətində aparılan işlər haqqında məlumat verib. Elmi müəssisədə xanım tədqiqatçıların, proqramçı və dizaynerlərin, informatika elminin tədrisi ilə məşğul olan kadrların peşəkar səviyyədə fəaliyyəti üçün hər bir şəraitini yaradıldığını bildirib. İnstitutda gənc tədqiqatçı xanımların informasiya texnologiyaları və informasiya cəmiyyətinin prioritet istiqamətləri üzrə araşdırmalar apardığını bildirib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı