Elektron universitetin fəaliyyət konsepsiyasının işlənilməsi istiqamətində araşdırmalar aparılır May 22, 2017 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 və 10 saylı şöbələrin növbəti  birgə elmi seminarı keçirildi. 15 saylı şöbənin dissertantı Hüseyn Qasımov “Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənilməsi” mövzusunda məruzəni təqdim etdi.

Məruzəçi elektron universitetin cəmiyyətin sosial və iqtisadi inkişafına müsbət təsirlərini qeyd etdi, onun ekoloji səmərəliliyindən söz açdı. O, dünyada mövcud olan elektron universitet modellərini, onların üstünlükləri və çatışmazlıqlarını diqqətə çatdırdı.

H.Qasımov Azərbaycan üçün daha uyğun elektron universitet modelinin struktur sxemini də təqdim etdi. O, e-universitet modelinin tətbiqi istiqamətində yerinə yetirdiyi işlər, təklif etdiyi instrumental vasitələr haqqında danışdı.  Həmçinin bir sıra modulların struktur sxemləri və onların reallaşdırılması üzrə müvafiq alqoritmlər barədə məlumat verdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı