ikt.az saytının 10 yaşı tamam olur May 17, 2017 | 09:04 / Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəsmi www.ikt.az veb-saytının fəaliyyətə başlamasının 10 ili tamam olur. 2007-ci il 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə fəaliyyətə başlamış saytın əsas məqsədi Azərbaycanda İKT-nin müxtəlif  istiqamətləri üzrə aparılan elmi araşdırmaların nəticələrinin, eləcə də İKT sahəsində biliklərin paylanması, institutda və bütövlükdə respublikada baş verən yeniliklərin və əldə edilən nailiyyətlərin operativ olaraq dünya ictimaiyyətinə çatdırılmasıdır.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən www.ikt.az-da informasiya daim yenilənir, təkmilləşdirilir, genişləndirilir. Sayt yüksək səviyyədə mütəmadi və fasiləsiz olaraq istismar olunur. Saytın müxbirləri dünya, eləcə də respublika İKT məkanında baş verən yenilikləri institutda keçirilən müxtəlif səpkili konfranslar, iclaslar, görüşlər haqqında məlumatları operativ olaraq işıqlandırır.

www.ikt.az veb-saytında institut, rəhbərlik, struktur bölmələr və institutun rekvizitləri haqqında məlumatlar, institutun əsas elmi istiqamətləri, dissertasiya şurasının tərkibi, dissertasiyalara dair tələblər, onların tərtibi qaydaları, tövsiyə edilən elmi nəşrlər, doktoranturaya qəbul qaydaları, institutun beynəlxalq əlaqələri, əməkdaşlıq müqavilələri və s. öz əksini tapmışdır.

Veb-saytda Azərbaycan Respublikası Prezidenti tərəfindən İKT sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyəti aparatının rəsmi sənədləri, eləcə də institutla əlaqədar qərarlar mütəmadi olaraq yerləşdirilir.

Veb-resursda, həmçinin institutun dövri nəşrləri olan “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” elmi-praktiki jurnallarının elektron variantları ilə tanış olmaq mümkündür.

İnstitutda keçirilən mühüm elmi tədbirlər haqqında foto və video-informasiya veb-saytın fotoqalereya, videoqalereya bölmələrində və  İnfoTV pəncərəsində yerləşdirilir. Həmçinin zəruri hallarda tədbirlərin birbaşa yayımının həyata keçirilməsi nəzərdə tutulur.

Böyük informasiya bazasına malik veb-saytda institutun çoxşaxəli xidmətləri – veb, dizayn, nəşriyyat, tədris, eləcə də kitabxana-informasiya xidmətləri haqqında ətraflı məlumatlar da öz əksini tapmışdır.

www.ikt.az-ın təqdim etdiyi məlumatların aktuallığı və dünya elmi cəmiyyətinin diqqət mərkəzində olmasını saytın yüksək statistik göstəriciləri sübut edir. 2016-cı il ərzində sayta 386 000-dən çox müraciət qeydə alınmışdır.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” 14 mart 2016-cı il tarixli Sərəncamına əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair monitorinqlər aparılmışdır. Monitorinqin nəticələrinə görə www.ikt.az saytı “İlin ən yaxşı veb-saytı” nominasiyasının qalibi elan olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı