“PowerPoint” təqdimatları real vaxt rejimində tərcümə edəcək May 11, 2017 | 11:00 / Texnoloji yeniliklər

“Microsoft” şirkəti 10-12 may tarixlərində ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən “Microsoft Build 2017” konfransının açılışında “PowerPoint” proqramı üçün təqdimatların real vaxt rejimində tərcüməsi funksiyasını nümayiş etdirib.

ferra.ru saytının məlumatına görə, “PowerPoint Translator”un köməyilə təqdimatlar bir dildən digərinə və əksinə avtomatik tərcümə olunacaq. Auditoriya təqdimatı “Microsoft Translator” mobil proqramı vasitəsilə izləyə biləcək. Həmçinin müxtəlif suallar vermək olar ki, onlar da real vaxt rejimində tərcümə olunacaq.

Hazırda şifahi nitq üçün 9, yazılı nitq üçün isə 60-dan çox dil dəstəklənir. Şirkət yeni proqramı ilkin baxış üçün “Garage” adlı eksperimental bölməsinin veb-saytında yerləşdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı